AZ

Milli maraqlara xidmət edən siyasət



Azərbaycan bir dövlət və millət kimi bəşəri ideyaların qorunmasında, insanlığı narahat edən problemlərin həllində maraqlıdır və bu sahədə əlindən gələni edir. Dövlət başçısı səviyyəsində həyata keçirilən tədbirlər ilk növbədə ölkənin və xalqın düşüncə tərzindəki bəşəri ideyalardan xəbər verir.

Belə tədbirlərdən biri də Qlobal Bakı Forumdur. 2013-cü ildən başlayaraq keçirilən Bakı Forumu hər dəfə dünyanı narahat edən problemlərin müzakirəsi və yeni çağırışlara verilən reaksiyalar baxımından diqqəti çəkir.

Martın 13-də Bakıda, “Gülüstan” sarayında XII Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda işə başlayıb.
Həmişə olduğu kimi bu dəfə də Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınır, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır.

XII Qlobal Forumun açılışında iştirak edərək nitq söyləyən cənab İlham Əliyev ilk öncə qeyd etdi ki, ki, biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik. COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik. Eyni zamanda, Avropadakı tərəfdaşlar ilə fəal əlaqələr saxladıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi.

Ölkəmizin başçısı çıxışında Azərbaycanın indiki dövrdə bütün beynəlxalq çağırışlarda fəal iştirak etdiyini, iqlim dəyişikliklərinin yaratdığı problemlərin həlli istiqamətində dünya birliyi ilə birlikdə hərəkət edərək töhfələr verdiyini bildirdi. Lakin təəssüf ki bəzi Qərb mediaları bunu düzgün şərh etmədi, ikili standartlar, qarayaxmalarla COVİD 19 tədbirini gözdən salmağa çalışdılar.” Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin bizdən əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Lakin dırnaqarası media tərəfindən buna məhəl qoyulmaması normal bir hal kimi qəbul olunmuşdur. Azərbaycanın neft hasilatı, məsələn, Kanadanın hasilatından on dəfə azdır. Bizim qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi biz qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik.”

Lakin bu tədbirdə qəbul edilən qərarlar, xüsusən 10 ildən artıq müddət ərzində “keçilməz nöqtə” olan paris sazişinin 6-cı maddəsi üzrə konsensusa nail olunması və bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olunması “bakı sıçrayışı” adlandırıldı və bu çox böyük nailiyyət oldu.
Cənab Prezident İlham Əliyev çıxışında Aərbaycan-Ermənistan münasibətlərindən bəhs edərək qeyd etdi ki, biz o dövrün ağrı, acılarını unuda bilmərik. Ona görə ki işğal dövründə xalqımıza qarşı törədilən soyqırımı müasir dövrdə əsil barbarlıq nümunəsi hesab olunmalıdır. Lakin bu gün Cənubi Qafqaza sülh lazımdır və biz sülh uğrunda mübarizəmizi davam etdiririk.

Cənab Prezident İlham Əliyevin çıxışında bir məqam xüsusi diqqət çəkdi. Ölkəmzin müstəqillik yolunda mübarizədə ardıcıl və qətiyyətli olduğunu bildirən ölkə başçısı dedi: “Lakin onlardan biri ondan ibarətdir ki, onlar bizə öz iradəsini yeridə bilmədilər. Onlar suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpasına yönəlmiş siyasətimizi dəyişə bilmədilər. Onlar o faktla razılaşa bilmirdilər ki, burada, Qafqazda öz milli maraqlarını güdən ölkə, yəni böyük bosslar qarşısında hər zaman “bəli, cənab” deməyən ölkə var.”
Qeyd edilənlər göstərir ki, Azərbaycan xalqının, dövlətinin dünya birliyində mövqeyi aydın və möhkəmdir. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur. Əlbəttə ki, bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində mümkün olmuşdur.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini


.



Seçilən
3
aia.az

1Mənbələr