AZ

Kadiyə görə Bakıya gələn məşhur məşqçi bütün sirləri açdı: Fərqli bir Borges görəcəksiniz

Braziliyanın tanınmış performans məşqçilərindən olan Lukas Karvalyonun Kadi Borgesə görə “Qarabağ”ın düşərgəsinə gəldiyi barədə məlumat vermişdik.

Tanınmış mütəxəssis Publika.az-a eksklüziv müsahibəsində səfərin detalları, Kadinin durumu və onunla bağlı gözləntilərdən danışıb.

- Söhbətə Azərbaycana səfərinizin səbəbi ilə başlayaq...

- Buraya Kadi Borges üçün gəlmişəm. Artıq 2 mövsümdür onunla işləyirəm. Bir mövsüm “Krasnodar”da, daha sonra “Ferensvaroş”da və indi də “Qarabağ” birlikdə işləyirik.

O, məni iki səbəbə görə dəvət edib. Normalda biz “Exercast” təlimləri üçün bir proqram vasitəsilə onlayn işləyirik. Hərdən ona baş çəkirəm və birlikdə işləyirik. Bu, birinci səbəbdir. İkincisi isə klubdakı insanlarla, fitnes məşqçisi ilə tanış olmaq, həmçinin klubun imkanları, idman zalı, meydançası və “Qarabağ”ın necə məşq etdiyini bilmək istəyirdim.

Onunla və bütün oyunçularımla məqsədim ilk növbədə zədələrin qarşısını almaq və daha yaxşı performans göstərməsinə nail olmaqdır. Kadini ən yaxşı formasına çatdırmağa çalışırıq ki, onun yaxşı çıxış etməsinə və komandaya titullara qazanmasına kömək etməsinə nail olaq. Mümkün olan hər şeyi edirik.

- Onun vəziyyətini necə qiymətləndirirsiniz? Kadi nə vaxt əvvəlki formasına qayıdacaq?

- Fikrimcə, o, artıq komandaya yaxşı qoşulub. Amma daha yaxşı ola bilər. Beynəlxalq fasilədə kiçik bir "mövsüm öncəsi" hazırlıq edəcəyik. Və aprel-may aylarında onun 100% potensialına çatmağını gözləyirik.

- Məşqçi və onu tanıyan biri kimi onun “Qarabağ”a qayıtmasını necə qiymətləndirirsiniz?

- Bilirəm ki, o, əvvəllər burada çox gözəl vaxt keçirib. Həm də azarkeşlərin onunla necə davrandığını bilirəm. Klubun əfsanəsi kimi olub. Ancaq bunun 3 il əvvəl olduğunu başa düşmək lazımdır. Eyni zamanda o, daha yetkin futbolçudur. Keyfiyyət və zəka eynidir, lakin daha çox təcrübəyə malikdir. Yəni mənim fikrimcə, azarkeşlər daha fərqli bir Kadi Borges görəcəklər. O, keyfiyyətli oyunçudur və “Qarabağ”a çox kömək edəcək.

- “Qarabağ”la bağlı fikirləriniz necədir? Klubun bazasında gördüklərinizdən razısınız?

- Bu, Bakıya ilk gəlişimdir. Komandanın imkanlarından həqiqətən müsbət təsirləndim. Klub məni isti qarşıladı. Təlim meydançası xoşuma gəldi. Təəssüf ki, “Qarabağ”ın oyununu stadiondan izləyə bilməyəcəm Çünki komanda sabah səfərdə oynayacaq. Amma ümid edirəm ki, növbəti mövsüm yenidən qayıdacağam, Bakıda Çempionlar Liqasının qrup mərhələsinin oyununa baxmaq, “Qarabağ”ın qələbəsi və Kadinin qoluna şahidlik etmək üçün.

Seçilən
50
31
publika.az

10Mənbələr