AZ

Bayramda bölgələrdə istirahət ucuz qiymətə də başa gəlir - turizm eksperti AÇIQLADI

Qarşıdan Ramazan və Novruz bayramlarının gəlməsi ilə əlaqəli istirahət dövrü başlayır. Vətəndaşlar istirahət üçün bölgələrə üz tuturlar. Bölgələrdə hotellərə, istirahət mərkəzlərinə təlabat artır.

Bəs bu yerlərdə qiymətlər necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan turizim eksperti Əziz Şiriyev bildrdi ki, belə vaxtlarda turizim şirkətləri tərəfindən hotellər rezervasiya olunur.

"Hazırda Ramazan ayı və Novruz bayramı ilə əlaqədar olaraq insanlar istirahət etmək istəyirlər. Ölkə daxilində bir neçə günlük turlar həyata keçirilməkdədir. Əlavə olaraq turizm şirkətləri tərəfindən hotellər rezervasiya olunur. İstər-istəməz, bayram vaxtlarında qiymətlər qalxır. Bu, bazar iqtisadiyyatının qızıl qanunudur. Təklif o zaman qalxır ki, tələbat daha çox olur. Bayram tarixlərində insanlar istirahətə getmək istəyirlər. Amma bu il Ramazan ayı Novruz bayramı ərəfəsinə düşdüyünə görə müəyyən qədər təsirini göstərib. Düşünürəm ki, Ramazan bayramı ərəfəsində daha çox tələbat olacaq. Buna baxmayaraq, hal-hazırda hotellərdə doluluq var. Ramazan ayında isə demək olar ki, yer olmayacaq. Bizdə turistik düşüncə tərzi belədir ki, səyahət edərkən insanlar bayram tarixinə az qalmış hotelləri rezervasiya etmək və ya tur paketləri almağa çalışırlar. Amma digər Avropa ölkələrində, mədəniyyətlərdə insanlar 3-5 ay və ya 1 il öncədən rezervasiyalarını təsdiqləyirlər. Bu, yəqin ki, bizim xarakterimiz və ya mühitimizlə bağlıdır. Biz işlərimizi dəqiqləşdiririk, ondan sonra alınırsa, həm maddi, həm də digər cəhətlərdə rezervasiya edilir".

Ekspert qeyd etdi ki, rezervasiyanı son günlərə saxlamaq risklidir.

"Həmin istədiyimiz yerlərdə yer olmaya bilər. Öncədən rezervasiya edərkən müəyyən miqdarda ödəniş etmək olur. Hotelin rezervasiyasını əvvəldən e-mail formasında göndərmək olar. Bunların hamısı öncədən edilsə, daha yaxşı olar. Həm istənilən halda sıxıntı yaşamamaq üçün, həm də rahat istirahət etmək üçün. Vətəndaşlar qiymətlərdən şikayətlənirlər. Təbii ki, regionlarda yüksək keyfiyyətli 5 ulduzlu hotellər elə də çox deyil. Rəqabət mühiti bir az azdır. Buna görə də əgər biz yaxşı hotellərdə qalmaq istəyiriksə və ya 4-5 ulduzlu hotellərdə qalmaq istəyiriksə, turizm şirkətlərindən 2-3 günlük turlar ala bilərik. Təbii ki, turizm şirkətləri korporativ, müqavilə formasında işləyirlər. Bir otaq yox, bir neçə otaq götürdüklərinə görə daha aşağı qiymətə əldə edirlər. Bu, turizm qiymətinə də avtomatik təsirini göstərir. Daha münasib qiymət ortalığa çıxır. Satış edən zaman insanlar bundan istifadə edir. Öz şəxsi nəqliyyatlarından istifadə etmədiklərinə görə həm yanacaqları getmir, həm fiziki tərəfdən yorulmurlar, həm də komanda şəklində gözəl tanışlıqlar, mühit və dostluqlar yaranır", deyə Ə.Şiriyev bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
19
redaktor.az

1Mənbələr