AZ

Sabirabadda 8 yaşlı uşağın əlillik pensiyası niyə kəsilib?- FOTO

Sabirabadda yaşayan ana övladının əlillik pensiyasının kəsilməsindən narazıdır.

Turanə Abuşova bildirir ki, qızının ciddi görmə problemi olsa da, sonuncu tibbi rəyə əsasən, ona əlillik pensiyası təyin olunmayıb. Ümidini itirən ana aidiyyəti qurumlardan kömək istəyir.

“Qızımın görmə problemi var, amma əlillik pensiyası verilmir”

News365.az-a daxil olan məlumata görə, Sabirabad şəhəri, Heydər Həmidov küçəsində yaşayan 8 yaşlı Zəhra Abuşovaya bir ildən çoxdur ki, dövlət tərəfindən verilən əlillik pensiyası kəsilib. Anası Turanə Abuşova bildirir ki, qızı üç il ərzində görmə qabiliyyətinin zəif olması səbəbindən pensiya alıb. Lakin ötən ilin noyabr ayından etibarən bu vəsait dayandırılıb.

Turanə Abuşova övladını Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə paytaxtdakı xəstəxanalardan birinə müayinəyə aparıb. Lakin verilən tibbi rəyə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yenidən müraciət etmək mümkün olmayıb.

“Verilən diaqnozdan narazıyam”

Ana bildirib ki, müxtəlif klinikalara müraciət etsə də, qızının görmə problemlərinin ciddi olduğu sübut edilmir.

“Müraciət eləmişəm bir neçə klinikaya, uşağımın görməsində çox problemlər var. Nə eynək təyin olunur, nə də əlillik dərəcəsi verilir. Verilən diaqnozdan narazıyam, çünki uşağımın görmə qabiliyyəti çox zəifdir.”

O əlavə edib ki, övladını hər gün özü məktəbə aparıb gətirir. Müəllimlər də Zəhranın görmə problemini nəzərə alaraq onu ön sırada oturdurlar ki, lövhəni daha yaxşı görə bilsin.

Həkimlər nə deyir?

Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Zəhra Abuşova yenidən müayinədən keçməlidir. 6 aydan sonra vəziyyət uyğun olarsa, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yenidən müraciət göndərilə bilər.

XƏBƏR YENİLƏCƏK...

Seçilən
4
news365.az

1Mənbələr