AZ

Türkandan QƏRAR: “Xanım müğənnilərlə efirə çıxmayacam” – VİDEO

Müğənni Türkan Vəlizadə efirlərə xanım həmkarları ilə çıxmaq istəmir. 

Bizim.Media xəbər verir ki, Türkan  bu barədə “Həmin Zaur”da danışıb. 

O bildirib ki, bu sahədə xanım dostu qalmadığı üçün belə qərar verib:
 

“Əmr etməmişəm, xahiş etmişəm. Dostlarımın çoxu xanımlar olub, onları necə çox istədiyimi sən də yaxşı bilirsən. Sadəcə son zamanlar kənardan seyr etdim, olanları gördüm. Dedim, xanım müğənnilərlə çıxmayacam. Hər birinə hörmətim var. Əvvəllər necəydim, indi də elə. Əvvəllər çıxmırdım, sonra yaxınlarımla çıxdım. İndi də yaxınım qalmayıb deyə çıxmıram. 


Əgər kimisə özünə yaxın bilmək istəyirsənsə, hər zaman yaxşılıq et. Son zamanlar qərar vermişəm ki, hər kəs yaxşı, mehriban olsun, məndən uzaq olsun. Məni çox istəməyəndən sonra... Xalq artistlərini, sənətkarları nəzərdə tutmuram”.


Sara, Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr