Bakı. Trend:
Avropa Şurasının baş katibi Alen Berset Ermənistan vəAzərbaycanın Sülh və Dövlətlərarası Münasibətlərin qurulmasıhaqqında Saziş layihəsi üzrə danışıqların başa çatması ilə bağlıbəyanatlarını alqışlayır.
Trend bu barədəAvropa Şurasının bəyanatına istinadən xəbər verir.
"2001-ci ildə Avropa Şurasına daxil olarkən hər iki ölkəsülhməramlı əməkdaşlığa doğru çalışmaq öhdəliyi götürdü. Bu Sazişlayihəsi hər iki üzv dövlətin bu potensialı reallaşdırmaq vəregionda sabit və davamlı sülh yaratmaq istəyini nümayiş etdirir.Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, mehriban qonşuluqmünasibətləri ruhunda və hər iki ölkənin suverenliyinə və ərazibütövlüyünə tam hörmətlə bu sürəti saxlamaq və bu prosesinproblemsiz başa çatmasını təmin etmək indi çox vacibdir", -bəyanatda bildirilib.
Qeyd edilib ki, Avropa Şurası Ermənistanla Azərbaycan arasındamünasibətlərin normallaşmasına tam dəstək verir.
Xatırladaq ki, ötən gün Azərbaycan XİN Azərbaycan və Ermənistanarasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqındaSaziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını elanedib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsasşərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşıiddiaların aradan qaldırılması məqsədilə Ermənistanınkonstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanınuzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətəçatdırırıq.Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksionalMinsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvolunmasının zəruriliyini vurğulayırıq.İki ölkə arasında normallaşmaprosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqudavam etdirməyə hazırıq", - deyə XİN-dən bildirilib.