Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev geniş formatda görüş keçiriblər.
Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və rabitə daxil olmaqla bir neçə əsas sahədə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.
XİN başçıları həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün gələcək planlar və potensiallar barədə də fikir mübadiləsi aparıblar.