Beyləqan rayonunda yenidənqurma və bərpa işləri davam edir.
“Qafqazinfo” xəbər verir ki, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmiri, asfaltlaşması istiqamətində işlər uğurla aparılır.
Rayon İcra Hakimiyyətinin başçısının keçirdiyi qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində işlər davam etməkdədir. Sakinlərin müraciətləri nəzərə alınaraq, şəhid ailələri və qazilərin yaşadığı Beyləqan şəhəri Zərifə Əliyeva küçəsində yerləşən 54 mənzilli binanın ətrafında yararsız asfalt olan hissələri sökülüb texnikalarla düzləşdirilərək abadlaşdırılıb, qarşısına və ətrafına, piyada səkilərinə asfalt örtüyü döşənib.
Cari ilin əvvəlindən rayon mərkəzində icrasına start verilmiş geniş əsaslı təmir və yenidənqurma işləri çərçivəsində sakinlərin müraciətləri də nəzərə alınaraq şəhərin mərkəzində, Mərkəzi bazar və Beyləqan şəhər Təbiət və Humanitar fənlər təmayüllü liseyin yaxınlığında yerləşən şəhid Akif Əkbərov küçəsində yeni yolun çəkilişi başa çatdırılıb. Bununla da şəhər sakinlərinin daha sıx yaşadığı həmin ərazidə yerləşən binanın ətrafı abadlaşdırılıb, onların rahat gediş-gəlişi təmin olunub.






