AZ

Gecə anasından küsən qızı kəndə apardı: “Xalam da yanımdaydı, əvvəl flim izlədik” – TƏFƏRRÜAT

Ağsu rayonunda 2002-ci il təvəllüdlü Sərxan yetkinlik yaşına çatmayan həmyerlisi Sevdaya (adlar şərti verilib – red.) təcavüz edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Sərxan on altı yaşına çatmamış Sevda ilə mərhum nənəsi Fatiməyə məxsus Ağsu rayonunun kəndində fərdi yaşayış evində ilk dəfə 2024-cü ilin yanvar ayında qarşılıqlı razılıq əsasında və könüllü olaraq təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, o, 23 fevral 2024-cü ildə gecə saat 2 radələrində həmin ünvanda qarşılıqlı razılıq əsasında və könüllü olaraq təbii yolla yenidən intim münasibətdə olub.

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağsu rayonun kəndində ailə üzvləri ilə birlikdə yaşayır, “İkinci Qarabağ” müharibəsinin iştirakçısıdır, “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub: “Sevda ilə 2024-cü ilin yanvar ayında tanış olduq. Ağsu rayonunun kəndində marketdə satıcı işləyirəm”.

Sərxanın sözlərinə görə, 2024-cü il yanvarın əvvələrində Sevda bir neçə dəfə marketə alış-veriş etməyə gəlib: “Aramızda sevgi münasibətləri yarandı. Tanış olarkən mənə 19 yaşı olduğunu bildirdi, niyyətimiz evlənmək idi. Buna görə bir neçə dəfə Ağsu şəhərində parkda görüşüb söhbət etdik və bir-birimizə bağlandıq”.

“Birlikdə kəndə getdik”

Sərxan qeyd edib ki, 2024-cü ilin yanvarın ortalarında Ağsu şəhərindəki parkda Sevda ilə görüşərkən onu baş-başa qalmaq üçün birlikdə mərhum nənəsinin kənddə yerləşən evinə getməyi təklif edib: “Qohumu Sahibə də yanında idi. Sevda təklifimlə razılaşdı, birlikdə Ağsu rayonunun kəndinə, mərhum nənəmin evinə getdik.

Evdə birlikdə söhbətləşəməyə başladıq. Sahibənin telefonuma zəng gəldiyi üçün evdən çölə çıxdı. Sevda ilə ikilikdə qaldıqda bir-birimizə yaxınlaşaraq öpüşməyə başladıq. Sonra hər ikimiz paltarlarımızı tam soyunduq. Mən yerə ədyal sərdim, ədyalın üzərində təbii yolla cinsi əlaqədə olduq.

Sevda ilə cinsi əlaqədə olduqdan sonra paltarlarımızı geyindik və evdən çıxaraq getdik. Bundan sonra vatsap vasitəsi ilə danışmağa, həmçinin parkda görüşməyə davam etdik”.

“Anası ilə mübahisə etdiyini dedi”

Sərxanın sözlərinə görə, fevralın 11-də vatsapda Sevda ilə danışarkən yenidən görüşmək qərarına gəliblər: “Saat 22 radələrində iş yerimdən çıxdım. Əvvəlcə dostlarım – Əsəd və Eldarla görüşmək qərarına gəldim.

Əsədə zəng edərək idarə etdiyi avtomobili ilə məni götürməsini xahiş elədim. Bir qədər sonra Əsəd maşınla işlədiyim marketin qarşısından məni götürdü. Eldar da avtomobildəydi. Yaxınlıqda olan çayxanalardan birində çay içməyə, söhbətləşməyə başladıq. Vatsapda Sevda ilə mesajlaşdıq. Saat təxminən 23 radələrində Sevda mənə mesaj yazaraq anası ilə mübahisə etdiyini, evdən çıxdığını söylədi və onu götürməyimi istədi.

Əsədə məni Ağsu şəhərinin Mərkəz deyilən yerinə çatdırmasını, orada sevdiyim Sevda ilə görüşəndən sonra mərhum nənəmin evinə aparmasını xahiş etdim. Əsədlə çayxanadan çıxdıq, Eldar isə çayxanada qalıb Əsədin geriyə qayıtmasını gözlədi”.

“Film izləməyə başladıq”

Sərxan qeyd edib ki, Əsədin maşınında Mərkəz deyilən yerə gəliblər: “Sevda yolun kənarında dayanmışdı, lakin tək deyildi, qohumu Sahibə də yanında idi. Onlar avtomobilə əyləşdilər. Ağsu rayonunun kəndi istiqamətində getməyə başladıq.

Yolda Əsədə marketdən alış-veriş edəcəyimi dedim. O, Nizami küçəsində marketlərdən birinin qarşısında maşını saxladı, meyvə şirəsi və günəbaxan tumu aldım.

Əsəd bizi kənddə göstərdiyim ünvanda düşürtdü, özü getdi. Biz evdə birlikdə söhbətləşməyə, sonra isə telefon vasitəsi ilə film izləməyə başladıq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, gecə saat təxminən 2 radələrində Sahibəyə Sevda ilə təklikdə söhbət etmək istədiklərini deyib, digər otağa keçiblər: “Bir qədər söhbətdən sonra öpüşməyə başladıq. Sevdanın razılığı ilə paltarlarımızı soyunduq və çarpayıda təbii yolla cinsi əlaqədə olduq. Sonra paltarlarımızı geyindik, digər otağa geri qayıtdıq. Üçümüz birlikdə söhbət etməyə və film izləməyə davam etdik.

Film izləyərkən Sevda telefonla məşğul olduğumu gördü, telefonu almaq istədi. Lakin əlimlə Sevdanı geriyə itələmək istəyərkən bilmədən əlim onun üzünə dəydi. Buna görə Sevda məndən incidi, evə getmək istədiyini bildirdi.

Sevda və Sahibəni geri qaytarmaq üçün dostum Əsədə zəng etdim. O da avtomobili ilə evin qarşısına gəldi, qızlar avtomobilə əyləşdikdən sonra getdilər.

Sonradan bildim ki, Əsədin avtomobili təhlükəli idarə etməsi səbəbindən yolda polis əməkdaşları saxlayıb və onları polis şöbəsinə aparıb.

Mən Sevda ilə öz razılığı ilə iki dəfə təbii yolla cinsi əlaqədə olmuşam, heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmamışıq”.

“Ağacdan yıxıldım, bakirəliyimi itirdim”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sevdanın sözlərinə görə, İsmayıllı rayonunun kəndində anadan olub: “Həmin ünvanda atam-anamla birlikdə yaşamışıq. Təxminən bir il əvvəl valideynlərim rəsmi qaydada boşanmadan ayrıldılar. Anam iki azyaşlı qardaşlarımı da götürərək Bakı şəhərinə getdi. Mən isə İsmayıllı rayonunun kəndində bir müddət atamla qaldım.

Təxminən 5-6 ay sonra anam Ağsu rayonuna köçdü və məni də yanına gətirdi. Birlikdə Ağsu şəhərində kirayə evdə yaşamağa başladıq”.

Zərərçəkmiş qeyd edib ki, iş üzrə adı keçən Sahibə onun ögey xalasıdır: “Sahibə 2008-ci il təvəllüd olduğundan biz uşaqlıqdan bir yerdə böyümüşük, münasibətlərimiz yaxşıdır, o, həmçinin mənim rəfiqəmdir. Sahibə Ağsu rayonunun kəndində ailəsi ilə yaşayır. Təxminən 12 yaşım olarkən öz ehtiyatsızlığımdan, yəni ağacdan yıxılmam səbəbindən qızlıq pərdəmin tamlığı pozulub. Bunu yıxılandan sonra müəyyən etdim. Həmin vaxt anama da bu barədə məlumat verdim”.

“Evlənmək qərarına gəldik”

Sevda bildirib ki, təxminən bir ay əvvəl, yəni 2024-cü ilin yanvarın əvvələrində Sahibə ilə Ağsu rayon kəndində yerləşən “AL” marketə gediblər: “Həmin marketdə gəzdikdən sonra Sərxan adlı satıcı ilə aramızda səmimi söhbət yarandı, bir-birimizdən xoşlanmağa başladıq. Mobil nömrəmi yenicə tanış olduğum Sərxana verdim. O da mənim nömrəmi götürdü, vatsapla danışmağa başladıq.

Sərxanla təxminən iki həftə müddətində Ağsu şəhərində parkda görüşdük, söhbətlədik və aramızda sevgi münasibətləri yarandığından evlənmək qərarına gəldik”.

Sevdanın ifadəsinə görə Sərxanla tanış olduqdan təxminən iki həftə sonra parkda görüşüb: “Oradan Sərxanın heç kimin yaşamadığı, deməsinə görə, nənəsinə məxsus evə getmək barədə razılaşdıq. Sahibə də yanımdaydı. Birlikdə nənənin evinə getdik.

Bir qədər söhbətdən sonra Sahibə telefonla danışmaq üçün evdən çölə çıxdı. Sərxanla tək qaldım. Əvvəlcə dodaq-dodağa öpüşməyə başladıq, onra cinsi əlaqədə olmaq qərarına gəldik. Tam soyunub, otağın döşəməsinə ədyal salaraq üzərinə uzandıq. Təxminən 5-10 dəqiqə müddətində Sərxanla təbii yolla cinsi əlaqədə olduq.

Mən yuyunduqdan sonra Sahibə və Sərxanla birgə oturduq. Sahibə mənim Sərxanla cinsi əlaqədə olmağımı bilmədi. Sahibəyə bu barədə sonradan danışdım. Sahibə buna görə məni və Sərxanı danladı.

Buna baxmayaraq Sərxanla yenə də əlaqələrimi davam etdirdim və hərdən görüşərək söhbət etdik”.

“Anamla dalaşdım, evi tərk etdim”

Sevda qeyd edib ki, fevralın 22-də saat 23 radələrində Ağsu şəhəri Mərkəz adlanan ərazidə kirayə yaşayan anasının evində Sahibə ilə birlikdə olub:

“Sahibə bizə qonaq gəlmişdi. Anamla aramızda mübahisə yarandığından acıq edərək evdən çıxdım. Sahibə məni evə geri gətirmək üçün arxamca gəlsə də, mən qayıtmadım. Çöldə tək qalmamağım üçün Sahibə də mənimlə gəldi. Sərxanla vatsapda danışaraq görüşmək istədiyimi, Ağsu şəhəri Mərkəz adlanan yerdə olduğumu bildirdim.

Sərxan da tanışının avtomobili ilə gələrək gələrək bizi götürdü. Sahibə ilə avtomobilin arxa oturacağında əyləşdik, “Əli” marketə gəldik. Sərxan marketdən meyvə şirəsi və günəbaxan tumu aldı. Birlikdə Sərxanın nənəsinə məxsus olan evə getdik”.

Zərərçəkmişin sözlərinə görə, evdə birlikdə söhbət etməyə və telefonda film izləməyə başlayıblar: “Sahibəyə Sərxanla təklikdə söhbət edəcəyimi deyərək evin digər otağın keçdik. Bir qədər öpüşdükdən sonra əyinimizdə olan paltarlarımızı soyunduq, cinsi əlaqədə olduq. Paltarlarımızı geyinərkən boğazımda, sinəmdə göyərti izləri gördüm.

Sahibənin yanına qayıdıb film izləməyə davam etdik”.

“Polislərə olanları danışdım”

Sevda bildirib ki, saat təxminən 4 radələrində film izləyərkən Sərxanın telefonla məşğul olduğunu görüb, acıq edərək əlindən telefonu almaq istəyib: “O, əliylə məni geri itələmək istəyərkən əli üzümə dəydi. Buna görə kövrələrək getmək istədiyimi bildirdim.

Sərxan tanışı Əsədə zəng etdi. Ondan gəlib məni və Sahibəni aparmasını xahiş etdi. Mən Sahibə ilə avtomobilə əyləşdim. Maşının ön oturacağında adını sonradan öyrəndiyim Eldar adlı şəxs də vardı.

Yolda avtomobili polis əməkdaşları saxladılar. Polis əməkdaşları ağlamağımı gördülər, səbəbini soruşdular. Olanları danışdım. Bizi rayon polis şöbəsinə dəvət etdilər”.

Bu cinayət işinə Ağsu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 1 il müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
2
5
moderator.az

6Mənbələr