AZ

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. Mübahisə isə olduqca gərgin məqamlarla yadda qalıb. Müğənni bildirib ki, bu videonu çoxdan çəkmək istəyirdim, amma bir az gecikdim:

''Deməli, bir paltar satan qadın var. Bu qadın arada-bir xaric səslə mahnı oxumaq istəyir. Bəli, səhv eşitmədiniz! Onu bir çoxu paltarsatan kimi tanıyır, çünki zamanında bir çoxuna paltar satıb. Əslində, bu bir ironiya deyil. Çünki halal zəhmətlə pul qazanmaq ayıb deyil və mən bunu dəstəkləyirəm.

Lakin bu qadın bir neçə həftə öncə bir məclisdə bir itə rast gəlib və üzünü ona tutaraq təhqiramiz ifadələr işlədib. Daha sonra ətrafındakılara "Bu videonu yayın və Afət Fərmanqızını tağ edin, bilsin ki, həmin təhqiri onun valideynlərinə ünvanlamışam" deyib.

Belə olan halda, Nyutonun qanununa əsasən, təsir əks təsirə bərabərdir. Əgər deyilənlər doğrudursa, sənin anan qəbirdə həmin itlə yatsın! Buradakı o itdən üzr istəyirəm. Yox, əgər deyilənlər yalandırsa, demək ki, bizim rəfiqə olmağımızı qısqanırlar. Hətta, mənim sənlə heç bir işim yoxdur''. /Ajans.az 

Milli.Az

Seçilən
4
5
milli.az

6Mənbələr