AZ

Ukraynalılar ərazi güzəştlərinə razıdırlarmı?

AzVision.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) fevralın 14-dən martın 4-dək keçirdiyi sorğunun nəticələri belə reallığı təsvir edir. Respondentlərin 39%-i tezliklə sülh naminə ərazi güzəştlərinə yol verir, 11%-i isə öz mövqeyində qərar verməyib.

Sorğu Ukraynanın nəzarəti altında olan ərazilərdə yaşayan yetkin əhali arasında aparılıb. Buraya işğal olunmuş rayonların sakinləri və 24 fevral 2022-ci il tarixindən sonra xaricə səfər etmiş ukraynalılar daxil deyil.

Əvvəllər ukraynalılar Rusiyanın müharibədəki əsas məqsədinin Ukraynanı bir dövlət kimi məhv etmək olduğunu bildiriblər. Həmçinin respondentlərin 64%-i Rusiya ilə birbaşa danışıqların tərəfdarıdır. Rəyi soruluşanların 91%-i ABŞ və Rusiya arasında Kiyevin iştirakı olmadan sülh danışıqlarına qarşı çıxıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
3
azvision.az

1Mənbələr