AZ

“Real”ın hədəfində bu futbolçu var

"Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandes karyerasını "Real Madrid"də davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən verdiyi xəbərə görə, Madrid klubu yay transfer pəncərəsində argentinalı yarımmüdafiəçini almağa çalışacaq. İspaniya nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Fernandes özü də Los Blancos klubuna keçməyə müsbət baxır.

Bu mövsüm 24 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 34 matçda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə edib. Fernandesin "Çelsi" ilə müqaviləsi 2032-ci ilə qədərdir. Transfermarkt mütəxəssisləri futbolçunun dəyərini 75 milyon avro qiymətləndirir.

Seçilən
2
90deqiqe.az

1Mənbələr