Gürcüstan Parlamenti antinarkotik islahat çərçivəsində yeni qanun layihələrinin müzakirəsinə başlayır.
“Report”un yerli bürosunun məlumatına görə, təklif edilən dəyişikliklər ilk oxunuşda İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsində müzakirə ediləcək.
Layihəyə əsasən, narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı cəzalar daha da sərtləşdiriləcək.