Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampa Rusiya-Ukrayna münaqişəsinin həlli üçün təşəbbüs göstərdiyinə görə təşəkkür edib.
BAKU.WS xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
"Donald Trampa təşəkkür edirəm ki, o, sülhün bərqərar olması üçün bizə kömək etməyi özünə məqsəd qoyub. Ancaq boş sözlərə aldanmaq lazım deyil. Faktları görməliyik ki, bizə zərər verməsin", – Lukaşenko Federasiya Şurasındakı çıxışında deyib.
Bundan əvvəl Lukaşenko Moskvaya gələrək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Liderlər Rusiya və Belarusun inkişafı ilə bağlı əsas məsələləri, eləcə də beynəlxalq gündəmin aktual problemlərini müzakirə ediblər. Görüşdən sonra bir sıra ortaq sənədlər imzalanıb.
Görüşdə əsas mövzulardan biri də Ukraynanın ABŞ ilə Ciddədə keçirdiyi görüşdən sonra qəbul etdiyi 30 günlük atəşkəs qərarı olub.