AZ

Burada ciddi nəzarətsizlik var: Tanış olub, qoşulub qaçmaq bir günün içərisində olmur -RƏY

Goranboyda 15 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.
KONKRET.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Z.B.-ni qaçıran şəxs 1996-cı il təvəllüdlü Orxan Hüseynzadədir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı Oxu.az-a bildirib ki, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, buradan aydın görünür ki, bizim təhsil sistemimizdə hələ də boşluqlar var:

“Məktəbdə nəzarət sistemində boşluqlar var ki, 15 yaşlı qız dərs saatında məktəbdən ayrılır və 29 yaşında özündən böyük oğlana qoşulub qaçır. Ümumiyyətlə müəllimlər cədvələ əsasən növbətçi salınır. Həmin müəllimlər dərs gedən zaman kolidorlarda, məktəb qapısının çıxışında nəzarət edərək, öz növbətçiliklərini həyata keçirirlər. Beləliklə də, kimin məktəbdən çıxması, kimin məktəbə daxil olması məsələsinə onlar cavabdeh olurlar. Görünən odur ki, həmin məktəbdə növbətçi öz işinin öhdəsindən gəlməyib və vəzifəsini icra edə bilməyib. Təbii ki, həm müəllim, həm sinif rəhbəri, həm də məktəb direktoru haqqında lazımi ölçü götürüləcək. Çünki sinif rəhbəri hər gün uşaqların məktəbdə olmasını,  sinif müəllimi isə dərsə daxil olan kimi jurnalı açıb kimin sinifdə olub-olmadığını yoxlayır. Düşünürəm ki, bu məsələ sadəcə bir məsuliyyətsizliyin və nəzarətsizliyin nəticəsidir. Sözsüz ki, aid qurumlar tərəfindən bu iş icraata götürülüb. İkinci bir tərəfdən isə valideyn nəzarətsizliyi də burada özünü göstərir. Yəni tanış olub, qoşulub qaçmaq bir günün içərisində olmur. Bunun üçün bir neçə həftələr, hətta aydan çox zaman lazımdır ki, qız bir oğlanla danışsın, tanış olsun və sonda qaçsın. Aid qurumlar o qızın nə məqsədlə qaçırıldığını  aşkara çıxaracaqlar. Yəqin ki, məsul orqanlar tərəfindən araşdırılandan sonra cəmiyyətə məlumat veriləcək”.
Seçilən
2
sherg.az

1Mənbələr