AZ

Mask və DOGE ölkə üçün zərərlidir - Rəy sorğusu

Amerikalı seçicilərin yarıdan çoxu Elon Musk və Hökumətin Effektivliyi Departamentinin (DOGE) federal işçilərə münasibətini bəyənmir.

News24.az xəbər verir ki, bu barədə Quinnipiak Universitetinin keçirdiyi sorğuda deyilir.

Martın 6-dan 10-dək qeydə alınmış 1198 seçici arasında aparılan sorğuda respondentlərin təxminən 60 faizi DOGE və Maskın federal işə yanaşması ilə razılaşmadığını bildirib.

Respondentlərin 54 faizinin fikrincə, Mask və DOGE ölkə üçün zərərlidir.

Bununla yanaşı, respondentlərin 40 faizi agentliyin əksinə, fayda gətirdiyinə inanır.

Bundan əlavə, sorğuda vətəndaşların Donald Trampın iqtisadi siyasətlərinə münasibətinə də toxunulub.

Belə ki, respondentlərin 54 faizi dövlət başçısının yeni iqtisadi kursunu dəstəkləmədiyini bildirib.


Məryəm


Seçilən
13
news24.az

1Mənbələr