İsveç Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.
“AzPolitika” xəbər verir ki, yardım paektinə 18 ədəd “Archer” artilleriya sistemi və 5 ədəd “Artur” radar sistemi aiddir.
İsveçin müdafiə naziri Pal Conson sosial media hesabında bildirib ki, ölkə daha əvvəl Kiyevə səkkiz “Archer” sistemi təhvil verib.
“Onlar (Archer sistemləri) Ukraynada dəyərlidirlər və cəbhə xəttində öz işlərini yaxşı yerinə yetirərək rus işğalçılarına ziyan vururlar”,-deyə o, qeyd edib.
“AzPolitika.info”