AZ

Kats: "İsrail Ordusu Livandakı 5 əsas nöqtədən çəkilməyəcək"

Busözləriİsrailin müdafiə naziri İsrael Kats hərbi nümayəndələrlə vəziyyətin qiymətləndirməsi ilə əlaqədar iclasda çıxışı zamanı dilə gətirib. O vurğulayıb ki, bu addım "İsrailin şimalında yaşayan sakinləri qorumaq məqsədi daşıyır.

"İsrail Ordusunun sözügedən nöqtələrdə qalmasının sərhəddəki mübahisəli məqamlar üzrə gələcək danışıqlarla əlaqəsi yoxdur",- nazir deyib.

Kats, eyni zamanda, həmin strateji nöqtələrdə mövqeləri gücləndirmək barədə qoşunlara tapşırıq verib.
İsrail Livanla münasibətlərin normallaşmasını istəyir

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
21
1
azvision.az

2Mənbələr