AZ

Qızılın qiyməti 3000 dolları aşdı – Şok edən rəqəmlər!

Qlobal bazarlarda artan qeyri-müəyyənlik, geosiyasi risklər və ABŞ-ın yeni gömrük rüsumu siyasəti nəticəsində qızılın unsiya qiyməti 3000 dollar səviyyəsini keçərək tarixi zirvəyə çatıb.

Yenisabah.az xəbər verir ki, dünən gecə qızılın unsiya qiyməti 0,17% artaraq 2993,94 dollara çatıb və bu gün 3003 dollar səviyyəsini keçib. Bu artım, investorların təhlükəsiz liman olaraq qızıla olan tələbatının artması ilə əlaqədardır.

ABŞ-ın əlavə gömrük rüsumları tətbiq etməsi ilə ticarət müharibələrinin başlaya biləcəyi ehtimalı gündəmə gəlib. Bu inkişaf, investorları təhlükəsiz liman olaraq görülən qızıla yönəldib. Eyni zamanda, avronun güclənməsi ilə zəifləyən dollar, qızıl qiymətlərinin yuxarı istiqamətdə hərəkətinə töhfə verib.

Qızıl qiymətlərinin daha nə qədər yüksələcəyi bilinməsə də, unsiya qızıl 2025-ci ilin sonu üçün hədəf olan 3000 dollar səviyyəsinə bu gün çatıb. Hal-hazırda 3003 dollar səviyyəsində ticarət olunur.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
2
yenisabah.az

1Mənbələr