Bakı, 14 mart, AZƏRTAC
İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisi Roberto Mançini ola bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis Turin təmsilçisini çalışdırmağa əsas namizəddir. Klub rəhbərliyi hazırkı baş məşqçi Tiaqo Mottanın nəticələrindən razı deyil.
Komanda A Seriyasında 28 turdan sonra 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Roberto Mançini son olaraq Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi olub. O, ötən ilin oktyabr ayında postundan ayrılıb.