AZ

ABŞ-də Tramp və Mask haqqında istintaq TƏLƏBİ

ABŞ-nin dörd demokrat senatoru prezident Donald Trampın baş müşaviri İlon Mask ilə Ağ Evdə keçirdiyi və “Tesla” avtomobillərinin nümayiş olunduğu tədbirin araşdırılmasını tələb ediblər. 

"Cebheinfo.az" xəbər verir ki, senatorlar Elizabet Varren, Adam Skiff, Cori Booker və Riçard Blumenthal ABŞ-nin İctimai Etika Ofisinin (OGE) direktor müavini Duqlas Kollinsə məktub ünvanlayıblar. 

Məktubda Trampın Maskla birlikdə Ağ Evin bağçasında “Tesla” avtomobilləri ilə poza verməsi tənqid olunub. Demokrat senatorlar Maskın hökumətdəki vəzifəsindən “Tesla”-nın məhsullarını tanıtmaq üçün istifadə etdiyini iddia edərək, bu məsələnin araşdırılmasını tələb ediblər. Senatorlar bildiriblər ki, Mask rəsmi mətbuat konfransında Ağ Evi fon kimi istifadə edərək “Tesla”-nın təqdimatını keçirib. 

Onların fikrincə, Tramp administrasiyası bu yolla “Tesla” avtomobillərini dəstəklədiyini nümayiş etdirib və prezident öz vəzifəsindən kommersiya məqsədləri üçün istifadə edib. Qeyd edək ki, martın 12-də Tramp və Mask Ağ Evin bağçasına gətirilən Tesla avtomobilləri fonunda kameralar qarşısına keçiblər. Tramp tədbir zamanı Maskı açıq şəkildə dəstəkləyərək “Tesla” avtomobili alacağını bildirib: "Mən onu alacağam, çünki bu, əla məhsuldur, mümkün qədər yaxşıdır. Üstəlik, İlon bütün gücünü və ömrünü buna sərf edib. Hesab edirəm ki, ona qarşı haqsızlıq edilib”. 

Seçilən
1
cebheinfo.az

1Mənbələr