AZ

Madrid ukraynalı əsgərlərin təlimini davam etdirəcək

Bakı, 14 mart, AZƏRTAC

Madriddə səfərdə olan Ukraynanın müdafiə naziri Rustem Umerov ispaniyalı həmkarı Marqarita Robles ilə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin krallıq ərazisində təliminin davam etdirilməsini nəzərdə tutan saziş imzalayıblar.

AZƏRTAC xəbər verir ki, İspaniya Müdafiə Nazirliyi bu barədə özünün sosial media hesabında məlumat yayıb.

“Tərəflər İspaniyanın ukraynalı hərbçilərin təlimi sahəsində dəstəyini davam etdirməsi barədə sazişə imza atıblar”, - deyə məlumatda bildirilir.

Rustem Umerov səfər çərçivəsində İspaniyanın müdafiə sektorunun nümayəndələri ilə də görüşüb. EFE agentliyinin versiyasına görə, görüşdə hərbi məhsulların alınması məsələsi müzakirə olunub.

Son məlumata əsasən, 2022-ci ildən bəri 7 mindən çox ukraynalı hərbçi İspaniyada təlim keçib.

Seçilən
2
1
azertag.az

2Mənbələr