AZ

Zeljka Cvijanoviç: Bosniya və Herseqovina Trampın Qəzzada problemlərin aradan qaldırılması yolundakı səylərini dəstəkləyir

"Dünyanın aparıcı ölkələri də hazırda Ukraynada və Qəzza sektorunda vəziyyətin normallaşdırılması yollarını axtarır. Bu, təkcə arzu ilə məhdudlaşmır, ölkəmiz eyni zamanda həmin məqsədə çatmaq üçün səylər göstərir".

Bunu APA-ya özəl açıqlamasında Bosniya və Herseqovinanın Prezidentliyinin serb üzvü Zeljka Cvijanoviç deyib.

O söyləyib ki, Bosniya və Herseqovina ABŞ Prezidenti Donald Trampın və yeni Administrasiyanın Qəzza sektorunda problemlərin aradan qaldırılması yolundakı səylərini dəstəkləyir:

"Nə qədər çox müzakirə aparılsa həll yoluna bir o qədər tez yaxınlaşmaq olar. Yaxın Şərq çox mürəkkəb bir regiondur. Lakin burada da dialoqsuz irəliləyişə nail olmaq mümkün deyil. Ona görə də biz münaqişə tərəflərinin bir araya gəlməsinə yönələn bütün səyləri və təşəbbüsləri dəstəkləyirik".

Seçilən
2
1
apa.az

2Mənbələr