“Liverpul”un müdafiəçisi Vircil Van Deyk komandadan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Hilal” oyunçunu yayda transfer etmək üçün rəsmi təklif göndərib. Səudiyyə klubu niderlandlı müdafiəçiyə illik 16 milyon funt-sterlinq maaş təklif edib.
Van Deykin müqaviləsi mövsümün sonunda başa çatır və o, hələ də “Liverpul”la yeni sözləşmə imzalamayıb.