AZ

ÇL-də yeni rekord müəyyən etdi

Lamin Yamal Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb.

“Barselona”nın 17 yaşlı hücumçusu turnirin tarixində 5 məhsuldar ötürmə edən ən yeniyetmə oyunçu olub. O, 1/8 finalının “Benfika” ilə cavab matçında mövsümdə 5-ci qol ötürməsini edib. Əvvəlki rekord 19 yaşında buna nail olan ingilis hücumçu Teo Uolkota məxsus idi.
Karyerası ərzində ÇL-də 19 matçda iştirak edən Yamalın hesabında 3 qolu da var.

Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 12 qol vurub və 17 məhsuldar ötürmə edib.

Seçilən
0
football-plus.az

1Mənbələr