AZ

İsrailli məhbus ailələri Netanyahunu Trampa şikayət etdilər

Qəzza zolağında saxlanılan israilli məhbusların ailələri ABŞ prezidenti Donald Trampa məhbusları taleyinə buraxmaqda ittiham etdikləri baş nazir Benyamin Netanyahu hökumətindən şikayət ediblər.

Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Netanyahu hökumətini tez-tez Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşmasını qorumağa çağıran israilli məhbusların ailələri bəyanat yayaraq Trampdan kömək istəyiblər.

Ailələr Trampa şikayət edərək, Baş nazir Netanyahunu "dəfələrlə xalqını aldatmaqda, boş vədlər verməkdə və girovları tərk etməkdə" günahlandıraraq, "İsrail hökuməti il ​​yarımdan çoxdur ki, yaxınlarımızın həyatı ilə oynayır" deyiblər.

Artıq müdaxilə edib bu kabusa son qoya biləcək yeganə şəxsin Tramp olduğunu vurğulayan ailələr ABŞ prezidentindən kömək istəyiblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
8
turkustan.az

1Mənbələr