AZ

Mərkəzi Bankın yeni yaradılan departamentinin adı məlum oldu

Azərbaycan Mərkəzi Bankının strukturunda yeni departament təsis edilib.

Banker.az xəbər verir ki, bu, Rəqəmsal mühəndislik departamentidir.

Departamentin əsasnaməsinə görə, fəaliyyətinin əsas məqsədi müasir standartlara cavab verən proqram təminatlarının yaradılması, tətbiq edilməsi, habelə təhlükəsiz fəaliyyətinin təmin edilməsi, beynəlxalq aləmdə baş verən inkişaf meylləri nəzərə alınmaqla mövcud sistemlərin daim təkmilləşdirilməsi və informasiya texnologiyaları sahəsində innovativ həlləri tətbiq etməklə fəaliyyətin effektivliyinin təmin edilməsidir.

Departamentin təşkilati strukturu aşağıdakı şöbələr və bölmələrdən ibarətdir:

  1. Avtomatlaşdırma və inteqrasiya şöbəsi:

1.1. Avtomatlaşdırma bölməsi;

1.2. İnteqrasiya bölməsi;

  1. Proqramlaşdırma və rəqəmsal həllər şöbəsi:

2.1. Proqramlaşdırma bölməsi;

2.2. Rəqəmsal həllər bölməsi;

  1. Biznes analiz və test şöbəsi:

3.1. Biznes analiz bölməsi;

3.2. Keyfiyyətə nəzarət bölməsi.

Seçilən
9
banker.az

1Mənbələr