AZ

Çin, Rusiya və İrandan ortaq bəyanat: "Sanksiyalar ləğv edilsin"

Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün sonunda yayımlanan ortaq bəyanatda bütün “qanunsuz” və birtərəfli sanksiyaların ləğv edilməsi və dialoqun qarşılıqlı hörmət əsasında bərpası çağırışı edilib.

 

Sfera.az "Hürriyet"ə istinadən xəbər verir ki, bəyanatda BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin əhəmiyyətinə diqqət çəkilən tərəflər vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməli olduğu və diplomatik səylər üçün uyğun mühitin yaradılmasının vacibliyi vurğulanıb.

 

Sənəddə üç ölkənin Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləni (NPT) nüvə silahlarının yayılmasının qarşısını alma sisteminin əsas elementi kimi qəbul etdiyi qeyd edilib. Çin və Rusiya İranın nüvə proqramının sırf dinc məqsədlər daşıdığını və nüvə silahı istehsal etməyə yönəlmədiyini təsdiqləməsini müsbət qarşıladıqlarını bildiriblər. Bəyanatda İranın NPT və Əhatəli Təhlükəsizlik Müqaviləsi çərçivəsindəki öhdəliklərinə tam əməl etməyi öhdəsinə götürməsi müsbət dəyərləndirilib. Həmçinin, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) ilə əməkdaşlığı davam etdirmək qərarı dəstəklənib və İranın dinc nüvə enerjisindən istifadə hüququna hörmət edilməsinin vacibliyi qeyd olunub.

 

Bəsti Rəfizadə

Seçilən
7
sfera.az

1Mənbələr