Yazını böyüt
Yazını kiçilt
Tovuz rayonunun Aşağı Quşçu kəndində yeniyetmə intihar edib.
Hafta.az xəbər verir ki, 11-ci sinif şagirdi yaşadığı evdə özünü asıb. Məlumata görə, Ə.S.-nin valideynləri bir müddət əvvəl boşanıb. Məhkəmə qərarına əsasən o, atası, bacısı isə anası ilə yaşayırdı.
Yeniyetmənin atası səhər saatlarında təsərrüfat sahəsinə gedib, gələndə oğlunun özünü asdığını görüb.
Ata-oğul arasında hər hansı problemin olmadığı bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.