AZ

Konqoda üsyançılar 300 min nəfər əhalisi olan adanı ələ keçirdilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Konqo Demokratik Respublikasında "23 mart hərəkatı" (M23) qruplaşmasının üsyançıları ölkənin şərqindəki Kivu gölündə ən böyük ada olan İdjvi adasını işğal ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Actualite" xəbər portalı məlumat verib.
Məlumata görə, Cənubi Kivu əyalətinin bir hissəsi olan ada döyüşsüz ələ keçirilib. Ruanda ilə sərhəddə yerləşən İdjvi adasının əhalisinin sayı isə 300 mindən yuxarıdır.
Bildirilir ki, hazırda üsyançılar Cənubi Kivu əyalətindəki səkkiz dairədən yeddisinə nəzarət edirlər. Fevral ayında "M23" bölmələri Ruanda ordusunun dəstəyi ilə Cənubi Kivu əyalətinin paytaxtı Bukavu şəhərini ələ keçirmişdilər.
Qeyd edək ki, "M23" 2012-ci ildə Konqo ordusu sıralarından olan fərarilər tərəfindən yaradılıb. Əsasən tutsi xalqının nümayəndələrindən təşkil olan üsyançı qruplar 2021-ci ildə Konqonun şərqində döyüşləri bərpa ediblər və iki əyalətin paytaxtları da daxil olmaqla, 100-dən çox şəhər və yaşayış məntəqəsini ələ keçiriblər.
Konqo hakimiyyəti qonşu Ruandanı "M23"ə birbaşa dəstək verməkdə ittiham edir.
Seçilən
0
oxu.az

1Mənbələr