AZ

Avropa İttifaqı rus naziri sanksiyalar siyahısından çıxardı

Avropa İttifaqı Rusiyanın idman naziri Mixail Deqtyarevi sanksiyalar siyahısından çıxarıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, məhdudiyyətlər biznesmen Vyaçeslav Kantor, "EuroChem"in keçmiş rəhbəri Vladimir Raşevski və milyarder Əlişir Usmanovun bacısı Gülbaxar İsmayılova üçün də götürülüb.

Rusların siyahıdan çıxarılmasına sanksiyaların uzadılmasını dəstəkləməyəcəyi ilə hədələyən Macarıstan nail olub. 

Eyni zamanda, Avropa İttifaqı Rusiyadan olan 2,4 min fiziki və hüquqi şəxsə qarşı fərdi sanksiyaları uzadıb.

Ağarza Elçinoğlu

Seçilən
1
unikal.az

1Mənbələr