AZ

Trampın xarici siyasət strategiyası: Ukrayna münaqişəsində yeni dövr?

“Amerika Birləşmiş Ştatlarının xarici siyasət konsepsiyasında daha az münaqişəli və münasibətlərin nizamlı olduğu, yəni konfliktlərin və savaşların olmadığı bir dünya düzəni nəzərdən keçirilir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq bildirib ki, Tramp hakimiyyətə gələcəyi təqdirdə, dünyanın fərqli coğrafiyalarındakı münaqişələrin, savaşların və konfliktlərin danışıqlar və konstruktivlik yolu ilə həll olunacağı barədə dəfələrlə açıqlamalar verib:

“Bu gün biz görürük ki, Trampın bu açıqlamaları fonunda Amerika Birləşmiş Ştatları həmin siyasi xətti davam etdirməyə çalışır. Eyni zamanda, Tramp Ukraynanın faydalı qazıntıları və mineralları ilə bağlı niyyətini ortaya qoyub. O istəyir ki, Ukraynanın mineralları ABŞ-nin investisiyaları vasitəsilə istismar edilsin. Təbii ki, Ukraynada davam edən aktiv savaş ABŞ-nin Ukrayna minerallarına çıxışını və onları istismar etməsini ciddi şəkildə əngəlləyir. Trampın əsas məqsədi Ukraynada sabitlik və sakitlik yaratmaqdır ki, bundan sonra ABŞ Ukraynanın sərvətlərini öz nəzarəti altında işlədərək xaricə çıxara bilsin”.

T.İsmayılov son olaraq vurğulayıb ki, Trampın bu məsələdə ortaya qoyduğu mövqenin artıq real nəticələri görünməyə başlayıb:

“Faktiki olaraq, ABŞ Rusiya ilə Ukrayna arasındakı savaşın sona çatması və aktiv döyüş əməliyyatlarının dayanması məsələsində istədiklərinə nail olur.

Hər halda, Rusiyanın son razılaşması nəticəsində Ukraynada qısa müddətli sakitlik yarana bilər, daha sonra isə uzunmüddətli bir çərçivə sazişi imzalanması mümkün ola bilər”.

Leyla Turan
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr