AZ

Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar: Direktor, müavini və baş həkim...

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Mərkəzin rəhbərliyi , eləcə də bir neçə həkim endokrinoloq barəsində araşdırma aparılır.

Onların arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədovanın olduğu deyilir.

Məsələ ilə bağlı Bakıvaxtı.az-a müvafiq qurumlara sorğu göndərib.

Əli Hüseynov

Seçilən
8
bakivaxti.az

1Mənbələr