AZ

İlk dəfə işə başlayanlar üçün tibbi arayışın ödənişsiz olması təklif edilir

Bakı. Trend:

İlk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışırüsum ödənilmədən verilsin.

Trend xəbərverir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsininsədri Musa Quliyev bu gün keçirilən plenar iclasda NazirlərKabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsizamanı çıxışında deyib.

Millət vəkili sosial sığorta stajı ilə bağlı təklifini dəsəsləndirib.

“Müəyyən qədər sosial sığorta stajı və hesabında sığortakapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləriüçün müavinət verilməsi məsələsi öz həllini tapsın”, - deyə komitəsədri qeyd edib.

Seçilən
19
az.trend.az

1Mənbələr