AZ

Fransa: Rusiya bizi düşmən seçdi

Fransanın müdafiə naziri Lekornu qonağı olduğu "France 2" kanalında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.

Turkustan.az xəbər verir ki, Kiyev hökumətinin təhlükəsizliyinə zəmanətin Ukraynanın tərksilah edilməməsindən qaynaqlandığını vurğulayan Lekornu bunun onlar üçün “qırmızı xətt” olduğunu bildirib.

“Ancaq atəşkəs və ya pis sülh sazişi Rusiyanın (hərbi) potensialını bərpa etməyə imkan verəcək pis taktiki fasilə ilə qarışdırılmamalıdır”-deyə, Lekornu daimi sülh istədiklərini söyləyib.

"Rusiya müharibənin bir formasını yenidən kəşf edir. Bu o deməkdir ki, biz müharibədə deyilik, lakin artıq tam sülh içində də deyilik", - Lekornu bildirib. Əlavə edib ki, enerji müharibələri, kiberhücumlar kimi bəzən gözə görünməyən təhlükələrlə üzləşirlər.

Artıq işğal olmadan məğlubiyyətin mümkün olduğunu deyən Lekornu, "Rusiya bizi düşmən seçdi, biz yavaş-yavaş münaqişə məntiqinə doğru irəliləyirik"-deyə, bildirib.

O, ABŞ qoşunlarının Avropadan çıxarılması ehtimalı ilə bağlı dəqiq məlumatın olmadığını bildirərək, hava məkanının döyüş meydanında olduğu kimi sülh dövründə də qorunmalı olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr