AZ

Slovakiyanın sabiq xarici işlər naziri: Forum qarşımızda duran qlobal vəzifələrin icrasına töhfə verir

Bakı, 14 mart, AZƏRTAC

Forum qarşımızda duran qlobal vəzifələrin icrasına böyük töhfə verir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Slovakiyanın sabiq Xarici İşlər naziri Yan Kubis deyib.

“Forumun mövzusu qlobal çağırışları ehtiva edir. Burada aparılan panel müzakirələrdə maraqlı fikirlər və onları icra etmək üçün praktiki yollar irəli sürülür. Məsələn, mən Yaxın Şərq və Ukrayna üzrə müzakirələrdə iştirak etdim və zənnimcə onlar çox maraqlı keçdi. Təbii ki, forum çərçivəsində bizi başqa maraqlı müzakirələr gözləyir. Bu müzakirələr maraqlı tərəfləri bir araya gətirir və onlara xüsusi rol verir. Bu baxımından Bakı Qlobal Forumu olduqca mühüm tədbirdir”, - deyə sabiq xarici işlər naziri qeyd edib.

 

 

Seçilən
7
azertag.az

1Mənbələr