AZ

Qolf ustası Tayqer Vuds Vanessa Trampla eşq yaşayır

Vaxtilə dünyanın ən çox qazanan idmançılarından biri olan qolf ustası Tayqer Vuds Vanessa Trampla eşq yaşayır. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb. 


 
Məlumatına görə, 47 yaşlı Vuds və Donald Trampın böyük oğlu Tramp J.-nın keçmiş həyat yoldaşı Vanessa Tramp bir müddətdir ki, sevgi münasibətlərindədir. İddialara görə, Tramp ailəsinin üzvləri bu sevgi romantikasından xəbərdardırlar. Vuds və Trampın çoxlu ortaq cəhətləri var. İkisi də vaxtlarının çoxunu Floridada keçirir və Vanessa Trampın qızı Kay Tramp da qolfçudur. ABŞ prezidenti Trampın böyük oğlu Tramp Jr. həyat yoldaşı Vanessa Trampla 12 illik evliliklərini 2018-ci ildə bitirib. Cütlüyün iki qız və üç oğlan olmaqla beş övladı var. Maraqlıdır ki, Tayqer Vuds fevralın 20-də Ağ Evdə prezident Donald Tramp tərəfindən qəbul edilib və mükafatlandırılıb.



Seçilən
4
sherg.az

1Mənbələr