"Döngə" rok qrupu 2025-ci il "Avroviziya" milli seçimində iştirak etmək üçün xüsusi olaraq yaradılmış "Take me to the night" ("Gecəyə apar məni") adlı yeni mahnısını təqdim edib. Missiya.Az xəbər verir ki, musiqi artıq "Youtube" platformasında yayımlanıb.Mahnının sözlərinin müəllifi Fərid Məmmədovdur.Bildirək ki, özünəməxsusluğu ilə seçilən qrup fərqli-fərqli musiqilərlə sevgi, rəğbət qazanırlar.
Zərintac MayisqızıMissiya.Az