AZ

Trampın komandası hərəkətə keçir: Hazırlıqlar başladı

ABŞ prezidenti Donald Trampın administrasiyası anadangəlmə vətəndaşlığı qadağan edən fərmanın qismən icrasına icazə verilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Turkustan.az xəbər verir ki, Tramp administrasiyası Merilend, Massaçusets və Vaşinqton ştatlarında federal hakimlərin ölkə daxilində icra sərəncamının icrasını dayandıran qərarlarına qarşı tədbir görüb.

Ədliyyə Nazirliyinin xətti ilə Ali Məhkəməyə təqdim edilən vəsatətdə rayon hakimlərinin qərarlarının ölkə miqyasında etibarlı olmadığı iddia edilib.

Müraciətdə qərarların yalnız iddia qaldıran və məhkəmənin yurisdiksiyasına aid olan iddiaçılarla məhdudlaşdırılması qeyd edilərək, məhkəmə prosesi davam edərkən fərmanın bütün ölkə ərazisində qismən icrası tələb olunub.

Bildirək ki, yanvarın 20-də, andiçmə mərasimi günü ABŞ prezidenti Tramp ölkədə doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsini nəzərdə tutan qaydanı ləğv edən sərəncam imzalayıb.

İcra fərmanı ABŞ-da qeyri-qanuni olaraq ölkədə olan bir anadan doğulan uşağa, ata vətəndaş olmadığı və ya yaşıl karta malik olmadığı halda, doğum hüququ ilə vətəndaşlıq verilməyəcəyini nəzərdə tutur.

Yanvarın 21-də 22 ştatın baş prokurorları fərmana qarşı iddia qaldırıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
19
turkustan.az

1Mənbələr