AZ

"Ermənistanın sülh arzusu və müharibə hazırlıqları arasında ciddi uyğunsuzluq"-Turab Rzayev- ÖZƏL

Prezident İlham Əliyev  Forumda  Ermənistanın sülhə dair ritorikasının gerçək vəziyyətlə ziddiyyət təşkil etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan özünü sülh göyərçini kimi təqdim etsə də, əslində həm diplomatik, həm də hərbi cəbhədə Azərbaycana qarşı addımlar atmağa davam edir. Avropa Parlamenti, Belçika və İsveçrə parlamentlərində qəbul edilən sənədlər Ermənistanın diplomatik səviyyədə Azərbaycana qarşı fəaliyyətini davam etdirdiyini göstərir. Eyni zamanda, Ermənistanın sürətli silahlanması və hərbi potensialını artırması onun sülh prosesinə sadiqliyi ilə bağlı ciddi suallar doğurur. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın bu siyasəti sülhün bərqərar olmasına yox, yeni müharibəyə hazırlığa xidmət edir.

Politoloq Turab Rzayev qeyd edir ki, Ermənistanın sülh arzusu və müharibə hazırlıqları arasında ciddi uyğunsuzluq yaranır:

"Elə məsələdir ki, burada Ermənistan iki tərəfli oynayır. Bir tərəfdən Azərbaycanla sülhə hazır olduğunu, hətta 5-10 günə sülh müqaviləsi bağlanıb və bütün maddələrlə razılaşdıqlarını deyirdilər. Digər tərəfdən Ermənistanın silahlandığını görürük. Fərdi silah-sursat alır, hava müdafiəsi, gücləndirici tədbirlər görülür, zirehli maşınlar alınır, ordu yenidən qurulur. Maraqlı sual yaranır ki, bu ölkə sülh üçün çalışırsa niyə şiddətli şəkildə müharibə hazırlıqları gedir. Bir məsələ də  Azərbaycan, Türkiyə ilə münasibətlərin normallaşdırılması, iqtisadi, siyasi, sosial məsələlərin bərpa edilməsindən danışırlar.  Digər ölkələrin Azərbaycana qarşı siyasi fəaliyyəti də davam edir.
Azərbaycan da böyük bir məhkəmə prosesinə hazırlıq görür. Faktiki olaraq, onminlərlə insan  Azəbaycan üçün cinayət işi açılmasını istəyir. Guya Ermənistan əhalisi fərdi şəkildə gedib Azərbaycana qarşı məhkəməyə ərizə yazıb. Təbii ki, onminlərlə insanın ortaq qərarı bu deyil. Hökümət təşkil edib və Azərbaycana qarşı minlərlə məhkəmə şikayəti olur. Bütün bunlar Ermənsitanın səmimiyyətini bir daha  düşündürür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr