AZ

Türkiyədə 5 İran casusu həbs edilib

Vətəninfo.az xəbər verir ki, bu gün Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbul Baş Prokurorluğu ilə birgə İrana bağlı casus şəbəkəsinə qarşı əməliyyat keçirib. Bildirilib ki, İstanbul, Antalya və Mersində eyni vaxta həyata keçirilən əməliyyatda 5 nəfər İran kəşfiyyatına casusluqda günahlandırılaraq saxlanılıb.

Həbs edilən şəxslər Türkiyədəki hərbi bazalar, xaricdəki strateji bölgələr, kritik nöqtələr haqqında məlumatlar toplayıb İrana ötürüblər. Türkiyə rəsmiləri casus şəbəkəsi ilə bağlı istintaqın davam etdiyini və daha çox həbslərin mümkünlüyünü açıqlayıblar.

Qeyd olunub ki, reydlər Ankara ilə Tehran arasında son aylarda gərginliyin artması səbəbindən baş tutub. Türkiyə ötən illərdə İranla əlaqəsi olan bir neçə casusluq və terror şəbəkəsini də müəyyən edib və zərərsizləşdirib.

Seçilən
23
1
veteninfo.az

2Mənbələr