Fransada Putinin sözlərindən sonra Zelenskinin isterikası haqda danışıblar
Rusiya prezidenti Vladimir Putinin atəşkəslə razılaşması Vladimir Zelenskini hiddətləndirib. RİA Novosti yazır ki, bunu Patriotlar partiyasının lideri Florian Filippo deyib.Filippo sosial şəbəkədə yazıb: “Zelenski Putinin atəşkəsə razı olmasından çox əsəbiləşib... Kiyevdə iğtişaş baş verib”.
ABŞ ilə danışıqlardan sonra Ukrayna martın 11-də Rusiyanın razılığı əsasında 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib.
Eyni zamanda, Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, barışıq əldə olunarsa, Ukrayna hakimiyyəti hərbi vəziyyəti ləğv etmək və prezident seçkiləri keçirmək niyyətində deyil.
Öz növbəsində Vladimir Putin bildirib ki, atəşkəs ideyası ümumilikdə düzgündür, lakin “hər iki tərəfdən ciddi araşdırma tələb edən məsələlər var”. Onun sözlərinə görə, atəşkəs uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın ilkin səbəblərini aradan qaldırmalıdır.
aia.az
Tərcümə şöbəsi