AZ

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb

Rusiya paytaxtındakı Xilaskar Məsih Məbədi Kilsəsinin zalında “Dahi Müslüm Maqomayevin xatirəsinə” adlı musiqili-bioqrafik konsert olub. Tədbir “Bütün zamanların şəxsiyyətləri” layihəsi çərçivəsində baş tutub və görkəmli müğənninin yaradıcılığına həsr olunub.

Kulis.az xəbər verir ki, konsertdə Rusiya estradasının artistləri, həmçinin “Qolos” və “Romantika romansa” televiziya layihələrinin finalçıları iştirak ediblər. Musiqiçilərin ifasında Müslüm Maqomayevin repertuarından məşhur mahnılar səslənib. İfaçıları Yevgeni Oleynikovun rəhbərliyi ilə “Full Sound Band” estrada-simfonik orkestri müşayiət edib.

Tədbir zamanı Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən kitabın təqdimatı olub. Tamaşaçılara, həmçinin nadir arxiv materialları, o cümlədən görkəmli ifaçı ilə müsahibələr və onun dünyanın müxtəlif ölkələrində çıxışlarının səs yazıları təqdim olunub.

Təşkilatçıların sözlərinə görə, konsert Sankt-Peterburq və Moskvada təkrarlanacaq.

Seçilən
8
kulis.az

1Mənbələr