BAKI,TurkicWorld
Qırğızıstan Prezidenti Sadır Japarov, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyevi qəbul edib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, görüşdə 6 noyabr 2024-cü ildə Bişkekdə keçirilmiş TDT dövlət başçılarının sammitinin nəticələrinin icrası ilə bağlı məsələlər müzakirə olunub.
Bundan əlavə, Qırğızıstanın təşkilata sədrliyi çərçivəsində aparılan işlər barədə məlumat dinlənilib.
Japarov bildirib ki, Qırğızıstan TDT çərçivəsində ölkələr arasında əməkdaşlığın gücləndirilməsində fəal iştirak etməyə davam edəcək və bütövlükdə regionun sabitliyinə və inkişafına töhfə verəcək.
Öz növbəsində, Baş katib Kubanıçbek Ömürəliyev TDT-nin qardaşlıq münasibətlərini və regional həmrəyliyi möhkəmləndirmək üçün atılan bütün addımları dəstəkləməyə hazır olduğunu vurğulayıb.
O, eyni zamanda, Qırğızıstan və Tacikistan prezidentləri arasında Dövlət sərhədi sazişinin imzalanması münasibətilə təbriklərini çatdırıb.
Bundan başqa, o, Prezident Sadır Japarova TDT Katibliyinin hazırkı fəaliyyəti, Bişkek sammitinin nəticələri üzrə qəbul edilmiş sənədlər və qərarların icrası, habelə təşkilatın dəstəyi ilə keçiriləcək tədbirlərə hazırlıq barədə məlumat verib.