Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Jarlov sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı açıqlamalarının Danimarka ilə müharibəyə səbəb ola biləcəyini bildirib.
Publika.az xəbər verir ki, Rasmus bildirib ki, Danimarka nümayəndələri Trampın və Şimali Atlantika Alyansının baş katibinin Qrenlandiya ilə bağlı dediklərini bəyənmir.
"Bu, iki NATO ölkəsi arasında müharibə demək olardı", - Yarlov qeyd edib.
Parlamentari əlavə edib ki, seçkilər zamanı Qrenlandiya sakinləri dərhal müstəqillik elan edilməsinin əleyhinə səs veriblər, üstəlik, onlar ABŞ-ın bir hissəsi olmaq istəmirlər.