Bütün ölkə özəl televiziya kanallarının fəaliyyətindən narazılıq eləyir, amma onlar yenə öz bildiklərindən əl çəkmirlar.
Yəni atalar demiş: "Dəyirman bildiyini edir, amma çax - çax baş ağrıdır"
Ölkənin tanınmış ziyalılarından biri olan, Xalq artisti Şeyx Əbdül deyir ki, özəl televiziya kanalları milli adət-ənənələrimizi, mədəniyyətimizi məhv etdi, yenə onların vecinə deyil.
Əksinə bir az da üstün qoyub, onlar insanların əsəbləri ilə oynayır! Həmin kanalların bu xalqa bir qəpiklik xeyirli yoxdu. Və kanallar çoxlu pul qazanır, düşük- düşük verilişlərlə insanların zövqünü korlayırlar. Harda səviyyəsiz, küçədən kələm müğənni varsa, bu özəl kanallarda görmək olar. Çox qəribədir ki, bu qədər sosial şəbəkədə, cəmiyyətdə onlar tənqid olunur, amma bundan bir nəticə çıxarmırlar.
Ermənilərin vurduğu ziyan qədər mədəniyyətimizə ziyan vuran bu kanalların düşük verilişlərinin qarşısı adiyyatı qurumlar tərəfindən niyə alınmır, bax bunu başa düşmək olmur?!Bəsit, bayağı verilişlərdən tamaşaçılar lap təngə gəliblər. Bir " manıs" hər gün üç kanalda gəzir və oxuduqları da bir qara qəpiyə dəymir. Onlar gündə üç dəfə efirə çıxmaqdan utanmır, amma vallah,biz onlara baxmaqdan utanırıq! Heç onlarda utanan üz də yoxdur!Çünki efirə çıxıb ağızlarına gələnləri danışır, geyimləri isə lap pis gündədir.Nə isə... Və elə bil ki, özəl televiziya kanalları " manıs"lar və bəzi həkimlər üçün yaranıb.Çıx efirə ağzına gələni danış!!!
Emil Faiqoğlu