AZ

Mən Qarabağın bərpası üzrə hərtərəfli plandan təsirlənmişəm -Qırğızıstanın keçmiş baş naziri

Bakı. Trend:

Mən Qarabağın bərpası üzrə hərtərəfli plandan təsirlənmişəm.

Trend xəbər verirki, bu fikirləri Qırğızıstanın 2014–2015-ci illərdə baş naziriolmuş Coomart Otorbayev XII Qlobal Bakı Forumu çərçivəsindəkeçirilən “Sülh naminə bərpa: münaqişədən sonrakı inkişaf vəregional sabitlik” mövzusunda panel müzakirəsi zamanısəsləndirib.

“Mən dünyanın heç bir yerində bu qədər kompleks bir proqramgörməmişəm. Əgər Azərbaycan – mən əminəm ki, buna nail olacaq – buplanı sistemli və məqsədyönlü yanaşma ilə həyata keçirərsə, butəkcə post-münaqişə bərpası üçün ideal model yox, həm də digərregionlar üçün etalon olacaq”,- deyə o bildirib.

Otorbayev qeyd edib ki, təxminən 10 gün ərzində Qırğızıstan,Tacikistan və Özbəkistan prezidentləri Fərqanə vadisində sammitkeçirəcək və burada regionda dostluğun möhkəmləndirilməsiproqramını təqdim edəcəklər.

“Lakin indi konkret addımlara keçmək vacibdir. Əminəm ki, qardaşölkəmiz Azərbaycanın nümunəsi bizim irəliyə doğru necə hərəkətetməli olduğumuz üçün mükəmməl bir istiqamətləndirici olacaq”, -deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.

Məqalədə:
Seçilən
4
az.trend.az

1Mənbələr