AZ

Milli Məclis hökumətin hesabatını QƏBUL ETDİ

Bu gün Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirə olunub. 

Bizim.Media xəbər verir ki, iclasda Baş nazir Əli Əsədovvə digər dövlət rəsmiləri iştirak edib.

Hesabatı baş nazir təqdim edib və ötən il ərzində görülən işlər barəsində ətraflı məlumat təqdim edib. 
 

Hesabatda ötən il ərzində sosial-iqtisadi, siyasi, mədəni və digər sahələrdə görülən işlər barəsində geniş məlumatlar öz əksini tapıb. Müzakirələrdən sonra Ə.Əsədov deputatların suallarını cavablandırıb.


Daha sonra hesabat səsverməyə qoyularaq qəbul edilib.

Günay Şahmar, Bizim.Media

Seçilən
2
bizim.media

1Mənbələr