AZ

Əlcəzair Rusiyadan yeni qırıcılar alıb

Əlcəzair Hərbi Hava Qüvvələri Su-35 qırıcı təyyarəsinin istismarına başlayıb.

Herbiand.az bildirir ki, alınan ilk qırıcılar Um Buaqi aviabazasında yerləşdirilib.

Rusiyadan qırıcıların alınması Əlcəzairin bir çox Sovet/Rusiya təyyarələrinin, xüsusən də Su-30MKA-nın daxil olduğu hava donanmasını modernləşdirmək səylərinin bir hissəsidir.

Bəzi Qərb analitikləri Su-35-lərin Əlcəzairə çatdırılmasını beşinci nəsil Su-57 təyyarələrinin istehsalındakı gecikmələrlə əlaqələndirirlər. Rusiya sənaye resursları öz növbəsində qeyd edir ki, Su-35 üçün müqavilə hələ 2019-cu ildə imzalanıb, Su-57-nin sifarişi isə cəmi bir ay əvvəl məlum olub.

Rusiya mətbuatının məlumatına görə, Su-57-lər bu il Əlcəzairə təhvil verilməlidir. İddialara görə, ərəb pilotlar artıq müvafiq təlim keçməyə başlayıblar. Təyyarələrin ümumi sayı, eləcə də müqavilənin dəyəri açıqlanmayıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr