AZ

Novruzda əfv olacaqmı?

Əfv Məsələləri Komissiyasının iclaslarının vaxtı uzadılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

O, iclasların may ayına kimi davam edəcəyini söyləyib:

"Komissiyanın iclasları hələ davam edir, müraciətlər hədsiz çoxdur. May ayı da daxil olmaqla komissiyanın iclasları davam edəcək".

Əliməmməd Nuriyev bu günə kimi yüzlərlə müraciətə baxıldığını xatırladıb.

Xəbər 8 dəfə oxunub.
Seçilən
4
4
xezernews.az

6Mənbələr